XƏBƏRLƏR
27 Fevral, 2025
Muzeydə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Xocalı unudulmayan tarix” adlı anım tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Qayıdış” Gənclər Təşkilatı və “DAVAM” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Xocalı unudulmayan tarix” adlı anım tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları- professor Musa Qasımlı, tarix üzrə fəlsəfə doktoru Naqif Həmzəyev, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli , “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, muzeyin Vətən Müharibəsinin müdiri Şəfa Mövsümov , Xocalı şahidi Xəzangül Əmirova, Vətən Müharibəsinin qaziləri, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Çıxışçılar qeyd ediblər ki, Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxan faciələrdən biridir. Həmin gecə dinc sakinlər – uşaqlar, qadınlar, yaşlılar amansızcasına qətlə yetirildi, şəhər isə yerlə-yeksan edildi. Bu dəhşətli cinayət təkcə Azərbaycana deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bir vəhşilikdir.
Daha sonra “Xocalı Həqiqətləri Rəqəmsal Sənətdə”- foto müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Sonda iştirakçılar “Xocalı Yaddaşımız” adlı sərgiyə baxış keçirərək, faciənin dəhşətlərini əks etdirən fotolarla tanış olublar.
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...
Milli Azərbaycan Tarixi Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. ...
245 nömrəli məktəbdə Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş mühazirə keçirilib
Bakı şəhəri Ruslan Çerneqa adına 245 nömrəli tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mühazirə keçirilib. Mühazirə Milli ...
Muzeydə 27 Sentyabr – Anım Gününə həsr olunmuş interaktiv tematik ekskursiya keçirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Sabunçu rayonu...
Milli Azərbaycan Tarixi Muzeyi Seyid Cəfər Pişəvəri adına gimnaziyada Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə keçirib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 18 sentyabr 2026-cı il tarixində Seyid Cəfər Pişəvə...
Milli Azərbaycan Tarixi Muzeyində Dövlət Suverenliyi Günü və 2023-cü il antiterror tədbirlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktorunun elmi redaktorluğu ilə “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçirilib
Bakıda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçir...