Seymur Cabbarov 16 mart 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Çərçiboğan kəndində anadan olub. Kapitan Seymur Cabbarov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Oktyabr ayının 3-ü Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Seymur Cabbarov "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları və III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, ölümündən sonra isə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda Seymur Cabbarova aid şəxsi əşyalar (hərbi səhra geyim dəsti, kitel, şalvar, qısaqol köynək, su qabı, planşet, qol saatı, kompas, iki qələm və fotoşəkillər) mühafizə olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.