Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayır.
Muzeyin zəngin fond materialları arasında Novruz bayramının özəlliklərini əks etdirən dəyərli eksponatlar da xüsusi yer tutur. Bu nadir nümunələr xalqımızın qədim bayram ənənələrinin tarixi və mədəni dəyərlərini yaşatma baxımından mühüm əhəmiyyət kəsb edir. Belə eksponatlardan biri də muzeyin Təsviri materiallar fondunda qorunan “Novruz bayramı” adlı sənət əsəridir. Bu dəyərli əsər Azərbaycanın Xalq Rəssamı, milli karikatura sənətimizin banisi Əzim Əzimzadəyə məxsusdur. Rəssam öz yaradıcılığında Novruz bayramının koloritini, xalq şənliyinin əhval-ruhiyyəsini və mərasim ənənələrini incə yumor və zəngin təsvir vasitələri ilə əks etdirmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.