Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d, dosent Tural Şiriyevin “Azərbaycan xalqının maddi mədəniyyətində İslam ənənələri” adlı monoqrafiyası işıq üzü görüb (Bakı: 2024, 216 səh). Elmi redaktor muzeyin elmi katibi, t.ü.f.d, dosent Sevinc Nəsirova, rəyçi muzeyin Azərbaycan tarixinin tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d, professor Nərgiz Əliyevadır.
Kitabda XVI-XIX əsrlərdə Azərbaycan xalqının maddi mədəniyyətinin əsas xüsusiyyətləri, onun inkişafında İslam dininin rolu araşdırılıb. Eyni zamanda, xalqın maddi mədəniyyətinin tərkib hissəsi sayılan ictimai tikililər, xalq sənətkarlığının bir sıra sahələri, geyim və qida mədəniyyəti kimi məsələlər tarixi-etnoqrafik tədqiqata cəlb edilib.
Sözügedən nəşr Azərbaycanın zəngin mədəni irsinin araşdırılması və öyrənilməsi baxımından mühüm elmi mənbə sayılır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.