Rusiyanın Altay diyarının Barnaul şəhəri “Лукoморы” yaradıcılıq birliyinin əməkdaşı, gəlincik ustası Yelena Aleksandrovna Volfun Azərbaycana növbəti səfəri çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsini ziyarət edib. O, fondun oyuncaqlar kolleksiyasında tədqiqat apararaq, maraqlı məlumatları qeyd edib. Mütəxəssis, həmçinin Rusiyanın Etnoqrafiya Muzeyində qorunan, Azərbaycana məxsus yeganə gəlincik nümunəsi ilə bağlı məlumat verib. Bildirib ki, unikal gəlincik nümunəsi 1915-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun qardaşı Ceyhun Hacıbəyov tərəfindən həmin muzeyə təqdim olunub. İncə zövqlə hazırlanan sözügedən gəlincik dəqiq və mütənasib bədən ölçüləri, zərif üz cizgiləri, təbii tükdən düzəldilmiş saçları və birçəyi ilə diqqət çəkir. Gəlincik milli geyimlərimizdən olan köynək, arxalıq və kürdü ilə bəzədilib, başında isə qızılı parçadan tikilmiş uzun örpək var.
Milli Azərbaycan Tarixi Muzeyinin gəlincik kolleksiyası əsasında hazırlanmış “Azərbaycan ailəsinin uşaq dünyası” adlı kitab-albom haqqında linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.