Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılğı ilə Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” adlı tədbir keçirilib.
Tədbirdə Respublikanın ümumtəhsil məktəblərinin tarix müəllimləri və muzey əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova açılış nitqi ilə çıxış ediblər.
Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Nailə Hüseynova, Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, dosent Əli Fərhadov, İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı çıxış ediblər.
Sonda AGMA-ya tabe Gənc Tarix Müəllimləri Birliyinin sədri Əli Abdullayev tərəfindən auditoriyanın sualları cavablandırılıb.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.