AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” adlı məqalələr toplusu nəşr edilib. Topluda muzeyin əməkdaşı, t.ü.f.d., dos. Əli Fərhadovun "Füzuli yaradıcılığında təsəvvüf və dini maarifçiliyə dair" adlı məqaləsi yer alıb. Məqalədə dahi şairin maarifçi, dini-fəlsəfi görüşləri, islam vəhdətinə baxışı təhlil edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.