Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən ki,…” adlı tədbir keçirilib. Tədbirdə “Evrika” liseyinin şagirdləri, müəllimləri və muzey əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açaraq, bu kimi tədbirlərin muzeydə keçirilməsində uşaqların və gənclərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra həmin şöbənin əməkdaşı Aynur Babayeva foto-slayd təqdimatı ilə “Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı rolu” mövzusunda məruzə edib.
Tədbirdə, həmçinin Heydər Əliyevin Milli Azərbaycan Tarixi Muzeyində qorunan və onun öz dəsti-xətti ilə yazılmış sənədlərinin tarixçəsi haqqında iştirakçılara geniş məlumat verilib.
Sonra şagirdlər arasında mövzu üzrə intellektual anket sorğusu və kvest təşkil edilib.
Sonda iştirakçılar muzeyin Müstəqillik dövrü tarixini əks etdirən ekspozisiya zallarında və H.Z.Tağıyevin ev muzeyində ekskursiyada olublar.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.