Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Milli Azərbaycan Tarixi Muzeyi və Yeni Azərbaycan Partiyasının Muzey ərazi təşkilatının birgə təşkil etdiyi tədbirin məqsədi Ümummilli Liderin dövlətçilik, elm, təhsil və mədəniyyət sahələrindəki siyasi irsinin təbliği olub.
Tədbirdə Muzeyin rəhbərliyi və əməkdaşları, Yeni Azərbaycan Partiyasının nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Gülnar Fərhadova Ümummilli Liderin dövlətçilik və təhsil siyasəti sahəsindəki fəaliyyətindən danışıb.
YAP Muzey ərazi təşkilatının sədri, tarix elmləri doktoru, dosent Bəhman Kərimov çıxışında dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik və mədəniyyətin inkişafındakı rolunu vurğulayıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, pedaqoji elmlər doktoru, Əməkdar müəllim Rüfət Hüseynzadə Ulu Öndərin Azərbaycan təhsil sisteminin formalaşmasındakı xidmətlərindən danışıb. YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov Heydər Əliyev siyasi irsinin dövlət müstəqilliyi və milli həmrəyliyin möhkəmləndirilməsində əhəmiyyətini qeyd edib. YAP Muzey ərazi təşkilatının sədr müavini Pərvanə Əzimova isə Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin qorunmasındakı rolundan bəhs edib. Tədbirin sonunda Azərbaycan Universitetinin tələbəsi Duyğu Əliyeva Heydər Əliyevə həsr olunmuş şeir söyləyib.
Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.