XƏBƏRLƏR
15 Fevral, 2021
Muzey beynəlxalq əlaqələrini genişləndirir
AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin və Türkiyənin Dokuz Eylül Universitetinin təşkilatçılığı ilə onlayn görüş keçirildi. Görüşdə AMEA RHA-nın Xarici əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, direktor müavini, dos. Məhfuzə Zeynalova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov və Bayraq elmi və türk bayraqları muzeyinin (Bayrak Bilim və Türk Bayrakları Müzesi) müdiri Ömer Durmaz iştirak ediblər.
MATM-nin direktoru, akademik Nailə Vəlixanlı türkiyəli həmkarlarını salamlayıb, onlarla görüşməkdən məmnunluğunu ifadə edib. Türkiyə muzeyləri ilə sıx əlaqələrin qurulduğunu vurğulayan N.Vəlixanlı Dokuz Eylül Universitetinin nəzdində fəaliyyət göstərən Bayraq elmi və türk bayraqları muzeyi ilə də əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. O, rəhbərlik etdiyi muzeyin zəngin fondlarından olan Silahlar və bayraqlar fondu, orada qorunan bayraq və rəmzlər kolleksiyaları barədə görüş iştirakçılarına geniş məlumat verib.
Görüşdə Bayraq elmi və türk bayraqları muzeyinin müdiri Ömer Durmaz təməli bu gün qoyulan əməkdaşlığın hər iki tərəf üçün uğurlu olmasını arzulayıb. Rəhbərlik etdiyi muzey barədə məlumat verən Ö.Durmaz gələcək planlarından da söz açıb. Qeyd edib ki, veksikologiya elminin inkişafına yeni töhfələr vermək istiqamətində atılacaq növbəti addımlardan biri AMEA Milli Azərbaycan Tarixi Muzeyi ilə ikitərəfli beynəlxalq konfrans və sərgilərin təşkili olacaq.
Vende Muzeyinin direktoru və əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər
ABŞ-ın Kaliforniya ştatının Kalver-Siti şəhərində yerləşən Vende Muzeyinin (Wende Museum) təsisçisi və icraçı direktoru Castin Cəmpol (Justinian Jampo...
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb
Sənəd iki muzey arasında elmi və peşəkar əlaqələrin inkişaf etdirilməsini, muzey işi sahəsində təcrübə mübadiləsinin aparılmasını, elmi-tədqiqat və tə...
Milli Azərbaycan Tarixi Muzeyində «Mavi Günbəzin sirri» adlı beynəlxalq sərgi açılacaq
30 sentyabr 2026-cı il tarixində Bakı şəhərində, Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Əzrət Sultan” Milli Tarixi-Mədəni Muzey...
Muzeyin əməkdaşı beynəlxalq muzey konqresində məruzə ilə çıxış edib
18–21 may 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Qazaxı...
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda onlayn iştirak edib
20–21 may 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Türk incəsənəti, tarixi və folkloru” adlı XX Beynəlxalq Simpozium keçirilib. Simpoziu...
Muzeyin əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq dəyirmi masada iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov 11–17 may 2026-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində...
Muzeydə Beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda seminar-qrup-işi (work-shop) keçiriləcək
13 may 2026-cı il tarixində saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası körpü: Muzeyin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzus...
Muzeyin nəşrləri Britaniya Kitabxanasında
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan Qafqaz Albaniyasının xristian abidələri haqqında monoqrafiya, həmçinin muzeyin etnoqrafik kollek...