Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa Şurasının iclasında işçilərin fəaliyyət nəticələri müzakirə edilib. Bərpa Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, bərpaçı-rəssam, sənətşünas Gülşən Hacıyeva rəngkarlıq, qrafika sahəsi üzrə müasir texnologiyaları tətbiq etməklə eksponatların bərpasının vacibliyini və əhəmiyyətini qeyd edib.
Muzeyin Bərpa laboratoriyasının müdiri t.ü.f.d., dos. Afət Rüstəmbəyova bərpa olunan materialları- zərgərlik və qrafika şöbəsinə aid eksponatları, tekstil, arxeoloji artefaktların üzərində görülən konservasiya və bərpa üsullarını nəzərdən keçirərək görülən işin keyfiyyətini yüksək qiymətləndirib.
Daha sonra Muzeyin Elmi-fond işləri üzrə direktor müavini, baş mühafiz, t.ü.f.d., dos. Məhfuzə Zeynalova Muzeyin fond rəhbərləri və laboratoriya işçiləri ilə birlikdə bərpadan öncə və bərpadan sonrakı müəyyən əşyaları nəzərdən keçirib, təklif olunan bərpa və konservasiya üsullarını müzakirə ediblər.
Sonda Şura üzvləri əşyaların bərpa vəziyyətini qiymətləndirib, öz tövsiyələrini veriblər.
Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid minlərlə eksponatın bərpası və konservasiyası Muzeyin Bərpa laboratoriyasında həyata keçirilir. Qeyd edək ki, bütün bərpa olunan materialların gələcəkdə muzeyin ekspozisiyası və sərgilərində nümayişi gözlənilir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.