18 may 2021-ci il tarixində saat 11:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə “18 may - Beynəlxalq Muzeylər günü”nə həsr olunmuş “COVİD 19 pandemiyası dövründə Muzey, arxiv və kitabxanaların işinin təşkili” mövzusunda vebinar keçiriləcək.
“Zoom” platforması üzərindən keçiriləcək vebinarda 2020-ci ilin əvvəllərindən etibarən bütün dünyanı bürüyən COVİD-19 pandemiyası dövründə muzey, arxiv və kitabxanalarda iş fəaliyyətinin istiqamətləri, elmi işlərin aparılması, ekspozisiya və sərgilərin qurulması zamanı yaranan çətinliklər, oxucularla işin təşkili və bu kimi mövzular müzakirə olunacaq.
Eyni zamanda muzey, kitabxana və arxivlərdə pandemiya dövründə müasir tendensiyalara uyğunlaşma, tədqiq və təbliğ məsələlərinin təşkili problemlərindən bəhs olunacaq. Başlıca məqsəd paytaxt muzey, kitabxana və arxivlərinin bölgələrlə əməkdaşlığını daha da artırmaq, əldə edilmiş təcrübələri bir-biri ilə paylaşmaq və yeni texnologiyalar dövründə adı çəkilən müəssisələrdə iş fəaliyyətinin daha səmərəli təşkilidir.
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin, Arxeologiya və Etnoqrafiya Muzeyinin, Göyçay Mərkəzi Kitabxanasının, Şəmkir rayon H.Əliyev Mərkəzinin, Quba Soyqırım Memorial Kompleksinin, Neftçala Tarix Diyarşünaslıq Muzeyinin rəhbərləri və əməkdaşları çıxış edəcək.
İştirak sərbəstdir: https://us02web.zoom.us/j/83028916085