XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
25 May, 2021
Muzeydə şəhid və qazilərin ailələri ilə növbəti görüş keçirilib

Muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş olunan şəhid və qazilərin əşyalarını Muzeyə təqdim etmiş ailələr ilə növbəti görüş keçirilib.

Tədbirdə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, Muzeyin Etnoqrafiya elmi-fond şöbəsinin müdiri t.ü.f.d., dosent Gülzadə Abdulova, dosent Nasir Quluzadə  və muzey əməkdaşları iştirak etmişdir.

Tədbirin birinci hissəsində Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildikdən sonra t.ü.f.d., dosent Gülzadə Abdulova şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib. G.Abdulova qeyd etdi ki, torpaqlarımızın ərazi bütövlüyü, azadlığı uğrunda mücadilələr verən Vətən övladlarının hər birinin xatirəsi bizim üçün əzizdir.  Həmçinin G.Abdulova bildirdi ki, Mu­zey rəh­bər­li­yi və Mu­zey əmək­daş­la­rı Qa­ra­bağ mü­ha­ri­bə­sin­də  şüca­ət gös­tə­rən, şə­hid olan hər bir müharibə iştirakçısının xa­ti­rə­si­nə bö­yük eh­ti­ram­la ya­na­şır.

Tədbirin ikinci hissəsində Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d Nasir Quluzadə çıxış edib.  N.Quluzadə qeyd edib ki, Muzeydə Azərbaycan dövlətinin yağı düşməndən müdafiə olunması yolunda canlarından keçən igidlərimizin şəxsi materiallarının qorunması üçün yeni Vətən müharibəsi fondu yaradılmışdır. Bu fondun yaradılmasında məqsəd Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsidir. 

Daha sonra t.ü.f.d., dosent Gülzadə Abdulova, t.ü.f.d., dosent Nasir Quluzadə tərəfindən Sərginin hazırlanması məqsədilə materialların toplanılması üçün göstərdikləri köməyə görə şəhid və qazi ailə üzvlərinə təşəkkürnamələr verilib.

Tədbirin sonunda iştirakçılar “Anadır arzulara hər zaman Qarabağ” sərgisini ziyarət ediblər.