Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi ilə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə " Milli geyimlər: Öyrənək və yaşadaq" adlı defilə keçirilib.
Tədbirdə Muzey əməkdaşları, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllim və şagird kollektivi iştirak edib. Açılış nitqi ilə Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edib.
Daha sonra 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin tədris işləri üzrə müdir müavini Həsən Qaralov və Muzeyin Etnoqrafiya elmi-fond şöbəsinin müdiri Gülzadə Abdulova çıxış edib.
Bədii hissədə Uşaqların ifasında iki milli rəqs nümunəsi – “Sarı gəlin” və “Qaval” rəqsi nümayiş olunub. Sonra Bədii tikmə dərnəyinin şagirdi Fatimə Mirzəməmmədlinin “Milli geyimlərimizin hazırlanması - ülgülərin çəkilməsi, parça seçimi, biçimi və bəzək aksesuarlarından istifadə” haqqında çıxışı olub.
Daha sonra Dərnək üzvlərinin hazırladıqları milli geyimlərdən defilə göstərişi olub. Sonda Uşaqlara təşəkkürnamələr təqdim edilib.