XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
25 İyun, 2021
Muzey əməkdaşı “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılış mərasimində iştirak edib

24 iyun tarixində AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) birinci və ikinci Qarabağ müharibəsi zamanı adları Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış Milli Qəhrəmanlarımızın, şəhid, qazi, və iştirakçılarımızın xatirəsini əbədiləşdirmək üçün yaradılan  “Qarabağ müharibəsi qəhrəmanları” fondunun rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə AMEA-nın elmi təqdiqat institutlarının rəhbərləri, elm xadimləri, millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfiri, Türkəyinin Azərbaycandakı hərbi ataşesi, Qazaxıstanın Azərbaycandakı səfirliyinin I katibi, Qarabağ müharibəsi iştirakçıları, qazilər, Milli Qəhrəmanlar və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Qeyd edək ki, tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının müdiri İradə Qasımova da iştirak edib.

Yeni fəaliyyətə başlayan fondda Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, “Qarabağ Azərbaycandır!” guşəsində 50-ə yaxın müharibə iştirakçılarının fotoşəkilləri, onların şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə olunan kitablardan ibarət kolleksiya, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları” guşəsi, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı 500-dən artıq şəhid, qazi və müharibə iştirakçılarının həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, 1000-dən artıq kitab, qəzet, jurnal, məqalələr, sənədli və bədii filmlər toplanaraq oxucuların istifadəsinə verilib.

Sonda qonaqlar fondla daha yaxından tanış olublar.