Sentyabrın 24-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri açan muzeyin icraçı direktoru, t.ü.f.d. Fərhad Cabbarov Vətən Müharibəsinin Azərbaycanın müasir tarixində yeri və rolu haqqında danışdı. O, qeyd etdi ki, bugünki mərasimdə 44-günlük müharibənin qaziləri də iştirak edir.
Çıxış edən muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı Vətən müharibəsinin qazilərini salamlayaraq, xalqımızın daim onlara borclu və minnətdar olduğunu dedi. N.Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsinin tarixinin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərdən danışaraq, muzeydə 2021-ci ilin əvvəlində Vətən Müharibəsi fondunun yaradıldığını, həmçinin ölkədə ilk dəfə olaraq 44-günlük müharibənin tarixini əks etdirən sərginin açıldığını bildirdi.
Daha sonra çıxış edən qazilər-ehtiyatda olan polkovnik-leytenant Vüqar Yadigarov, ehtiyatda olan kapitan Taleh Əliyev, kapitan Anar Məmmədov, baş gizir Elgiz Mehdiyev keçdikləri döyüş yolu, ordumuzun döyüşlər zamanı göstərdiyi misilsiz rəşadət və qəhrəmanlıq haqqında danışdılar.
Sonda qazilər muzeydə təşkil edilən “Anadır arzulara hər zaman Qarabağ” sərgisi ilə tanış oldular.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.