Milli Azərbaycan Tarixi Muzeyində "Anadır arzulara hər zaman Qarabağ" adlı sərgisi çərçivəsində "Xarıbülbül - Qələbə rəmzi" adlı ustad dərsi keçirilib. Nəzəri hissədən və praktik dərsdən ibarət olan Ustad dərsində 189-190 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.
Ustad dərsində muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Nigar Əhmədova iştirakçılara Xarıbülbül haqqında məlumat verib və Xarıbülbül çiçəyi haqqında hekayə danışıb. Sonra muzeyin Neqativ materiallar fondunun müdiri Afət Kərimova muzeydə qorunan Qarabağ xanlığına aid eksponatlar haqqında ətraflı məlumat verib. Daha sonra uşaqlara Xarıbülbül çiçəyinin şəkli ilə pazlın düzəldilmə qaydası öyrədilib.
Sonda İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi tərəfindən şagirdlərə sertifikatlar təqdim olunub, H.Z.Tağıyevin ev muzeyinə, "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti " və Anadır arzulara hər zaman Qarabağ" sərgisinə ekskursiya təşkil olunub. Dərsdə istifadə olunan bütün materiallar muzey tərəfindən təmin edilib. Ustad dərsi iştirakçıları hazırladıqları nümunələri özləri ilə aparıblar.
Qeyd edək ki, Ustad dərsi karantin şəraitini nəzərə alaraq, məhdud sayda iştirakçı ilə keçirilib.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.