XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
05 Yanvar, 2022
Muzeydə etnoqrafik eksponat bərpa olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda tarixi əhəmiyyətə malik eksponatlar- XIX – XX əsrin əvvələrinə aid zəngin samovar kolleksiyası qorunur.  Samovarlar zaman keçdikcə paxır atmış, oksidləşmiş və zədələr almışdır. Rusiyanın Tula şəhərinin 80-dən artıq zavodlarında istehsal onunmuş samovarlar azərbaycanlıların da məişətində xüsusi yer tutaraq, çay süfrələrinin əsas bəzəyi olmuşdur.  Çoxsaylı medallarla təltif olunmuş “Tovarişestvo Şemarinıx”, “ Bratya Petrovı” və s. zavodların istehsalı olan samovarların saxlanma vəziyyəti tam olmadığı və bərpaya ehtiyacı olduğu üçün muzeyin Bərpa laboratoriyasına yönləndirilib. Eksponatlar muzeyin Bərpa laboratoriyasının bərpacı rəssamı Əjdər Qafarov tərəfindən bərpa edilib.  Samovarlar mexaniki və kimyəvi üsulla təmizlənib və xüsusi qoruyucu məhlulla örtülərək əvvəlki görkəminə qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.