Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan edilməsi haqqında sərəncamına əsasən AMEA Milli Azərbaycan Tarixi Muzeyi “Qarabağın incisi – Şuşa” adlı əl işlərindən ibarət müsabiqə təşkil edir.
Müsabiqənin məqsədi Vətənə, torpağa məhəbbət hissinin artırılması və vətənpərvərlik ruhunun təbliği, Şuşanın maddi-mədəniyyətini, tarixini, arxitekturasını tanıtmaqdır. Müsabiqədə yaş həddi yoxdur. Qarabağın dilbər guşəsi olan Şuşanın tarixi, mədəniyyətini əks etdirən rəsm əsəri, tikiş, toxuculuq məmulatı, dekorativ tətbiqi sənət, gips və b. düzəldilmiş fiqurlar, applikasiya və s. hazırlanmış əl işləri ilə istedadlı, bacarıqlı hər kəs iştirak edə bilər.
Sərginin keçirilmə vaxtı: 16 may-16 iyun 2022-ci il.
Müsabiqəyə təqdim olunacaq əl işləri mütəxəssislər, sənətşünaslar tərəfindən qiymətləndiriləcək və seçilmiş işlər sərgidə yer alacaq. Tədbir iştirakçılarına sertifikatlar təqdim ediləcək. Müsabiqədə seçilən kreativ əl işlərinin müəllifləri mükafatlandırılacaq, qaliblərin adları və rəsmləri KİV-də və sosial media şəhifələrinə təqdim ediləcəkdir.
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- müsabiqə-sərgisinə hər bir iştirakçı 1 iş göndərə bilər;
- əl işləri təqdim edilərkən müəllif haqqında ətraflı məlumat - adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisə və əlaqə vasitəsi qeyd olunmalıdır.
Son müraciət tarixi: 02 may 2022-ci il
- əl işləri Milli Azərbaycan Tarixi Muzeyi İnnovasiya və təhsil prqoramları şöbəsinə (H.Z.Tağıyev küç. 4) təqdim olunmalıdır.
- tədbirdə iştirak 10 AZN təşkil edir.
Əlaqə nömrəsi: 055-665-52-57; 055-734-76-64