24 fevral 2022-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xocalı soyqırımına həsr olunmuş elmi tədbir keçirilmişdir. Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiyanın təhlükəsizliyi şöbəsinin müdiri, t.ü.f.d., dosent Sevinc Vahabova, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Akademiyanın prorektoru Azad Zeynalov, professor və müəllim heyəti iştirak edib.
Sevinc Vahabova Xocalı soyqırımına həsr olunmuş elmi tədbirdə məruzə ilə çıxış etmişdir. Məruzədə Xocalı faciəsi haqqında, soyqırımın törədilməsi, azərbaycanılılara qarşı etnik təmizlənmənin səbəbləri, erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı etdikləri cinayətkar əməllər haqqında məlumat verilmişdir. Tədbirin sonunda tanınmış rəssam Ədalət Qaranın Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Xəyallarımın arxasında" adlı fərdi sərgisinin açılışı keçirildi.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.