Milli Azərbaycan Tarixi Muzeyində 15 aprel Dünya İncəsənət Gününə həsr olunmuş “Danışan şəkillər: tarixi epizodlar rəsmlər və təhlillərdə” adlı tədbir keçirilib. Muzeyin əməkdaşı Qənirə Qafarlının aparıcılığı ilə keçən tədbirdə Əməkdar mədəniyyət işçisi, muzeyin bərpaçı rəssamı Gülşən Hacıyeva, Təsviri materiallar fondunun müdiri, m.ü.f.d., dosent Nardanə Yusifova, muzeyin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış ediblər.
Daha sonra foto-slayd müşaiyəti ilə çıxış edən Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecin tələbələri müxtəlif mövzulu rəsm əsərləri ilə məruzələr ediblər.
Tədbirin Bədii hissəsində isə 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvlərinin ifasında rəqs nömrələri nümayiş olunub.
Sonda tələbələrə təşəkkürnamələr təqdim olunub.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.