Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Qiymətli metallardan və qiymətli daşlardan əsl sənət əsərləri yaratmağın sirlərinə yiyələnmiş ustadlar hər zaman xalq arasında da rəğbət qazanmışlar.
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan zərgərlik sənətinin ustaları tərəfindən hazırlanmış miniatür sənətinə dair bir sıra materiallar qorunur. Bunlardan zərif işlənmə texnikası ilə fərqlənən, gümüşdən hazırlanmış və qızıl suyu ilə örtülmüş çay və şərab dəstini göstərmək olar. Zərgərlik işi xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirən həndəsi və nəbati naxışlı miniatür çay dəsti on səkkiz, şərab dəsti isə yeddi əşyadan ibarətdir.
Qeyd edək ki, muzeyin Xüsusi fondunda qorunan qeyd olunmuş materiallar 1955-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində Azərbaycan SSR-nin pavilyonunda nümayiş olunmuşdur. Sərgidən sonra Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.