Milli Azərbaycan Tarix Müzeyinin Etnoqrafiya fondunun zəngin geyim kolleksiyasında tarixi, ictimai şəxslərə aid bir sıra materiallar qorunub saxlanılır. Onlardan biri Qarabağ xanı İbrahimxəlil xanın (1763-1797) ailəsinə məxsus çəpkən zərif geyim nümunələrindəndir. 1954-cü ildə muzeyə təhvil verilən geyim nümunəsi İbrahimxəlil xanın nəticəsinin həyat yoldaşına məxsus olmuşdur.
Qeyd edək ki, astarlı üst geyimi olan çəpkənlər əsasən tirmə, məxmər, zərxara kimi parçalardan tikilirdi. Bəzi hallarda iqtisadi durumdan asılı olaraq pambıq və digər daha ucuz başa gələn parçalardan da istifadə edilirdi. Çəpkənlərin qollarının atmaqollu olması onlara xüsusi əzəmətli görünüş verirdi.
Sözügedən çəpkən sarı rəngli gül təsvirlərindən ibarət zərxara materialdandır. Kənarları bafta ilə tikilmişdir. Üzərində qırmızı, narıncı, yaşıl saplarla gül təsvirləri salınmışdır. Astarı bənövşəyi rəngli qanovuz parçadandır. Onu da qeyd edək ki, çəpkənlərin astarları xüsusilə diqqət çəkən rənglərdən və zərif parçalardan seçilirdi. Belə ki, bu cür astarlar atmaqolları daha göz oxşayan edirdi. Çəpkənlər adətən düz biçilsə də nümunədən də göründüyü kimi bel hissəsində hər iki tərəfdən çıxıntı qoyulurdu. Bu da geyimin daha ifadəli görünüşünü təmin edir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.