Ölkəmizdən kənarda yaşayan həmvətənlərimizlə sıx əlaqələr müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin önəmli istiqamətlərindəndir. Bu fəaliyyətin mütəşəkkiliyinin təmin edilməsi 2002-ci il iyulun 5-də yaradılan Diasporla İş üzrə Dövlət Komitəsinin əsas amalı və məramıdır. Bu qurumun 20 illiyi ərəfəsində onun çoxşaxəli işini bariz əks etdirən materiallar Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə ölkəmizin haqq işinin müdafiəsi, habelə yurdumuzun zəngin mədəniyyəti və incəsənətinin təbliği Komitənin daim ən mühüm fəaliyyət sahələrindəndir.
Muzeyə təqdim edilən materiallar arasında Komitənin dəstəyi ilə 2018-2021-ci illərdə görkəmli fırça ustalarımız – bir çox nüfuzlu beynəlxalq təşkilatların üzvü Əşrəf Heybətovun əsərlərindən ibarət “Xocalı faciəsi” və “Almaniyadan 100 rəsm”, həmçinin tanınmış dəzgah və kitab qrafikası tablolarının müəllifi Arif Hüseynovun “Qarabağnamə – tarixin sahifələri” silsiləsinin nəşr edilmiş toplusu da var.
2001-ci ildən başlayaraq Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə mütəmadi olaraq Dünya Azərbaycanlıların qurultayları keçirilir. 2016-cı ilədək Bakıda dörd belə tədbir keçirilmişdir. V Zəfər qurultayı isə 2022-ci ildə işğaldan azad olunmuş Şuşa şəhərində baş tutmuşdur. Təqdim edilən materiallar arasında bu önəmli siyasi hadisəyə aid sənədlər - qurultayın proqramı, qətnaməsi, iştirakçıların Prezident İlham Əliyevə, dünya azərbaycanlılarına, YUNESKO-ya, BMT-nin Ətraf Mühit Proqramına, beynəlxalq ictimaiyyətə müraciətlərinin mətnləri yer alır. Həmçinin materiallar arasında nümaydələrə verilmiş qeyd kitabçası, qələm, nişan və digər əşyalardan ibarət dəst, xüsusi çanta və Komitənin fəaliyyətinə dair bukletlər də daxildir.
Materiallar Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, İnformasiya və Analitik Təhlil şöbəsinin məsləhətçisi Orucov Oqtay tərəfindən muzeyin Sənədli Mənbələrin elmi fond şöbəsinin əməkdaşları Esmira Rəhimova və Nərmin Bağırovaya təqdim olunmuş və muzeyə təhvil verilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.