Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan edilməsi haqqında sərəncamına əsasən AMEA Milli Azərbaycan Tarixi Muzeyi 24 fevral tarixindən “Qarabağın incisi – Şuşa” adlı II Ümumrespublika rəsm və əl işlərindən ibarət müsabiqə elan etmişdi.
Bununla əlaqədar 2022-ci il 27 may tarixində müsabiqədə iştirak edənlərin rəsm və əl işlərinin sərgisinin açılış mərasimi oldu.
Azərbaycanın müxtəlif bölgələrindən olan və müxtəlif yaş qruplarından yaradıcı şəxslər öz əl işləri ilə 2 kateqoriya - təsviri incəsənət və tətbiqi sənət üzrə müsabiqədə iştirak ediblər. Müsabiqə 3 nominasiyada keçirilib.
Münsiflər heyətinin üzvləri - Muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı Ağaəli İbrahimov, Teatr Muzeyinin direktor müavini, Rəssamlar İttifaqının üzvü Nazim Məmmədov, muzeyin Təsviri Materiallar fondunun müdiri, m.ü.f.d. Nardanə Yusifova və əməkdar mədəniyyət işçisi, muzeyin bərpaçı-rəssamı Gülşən Hacıyevanın iştirakı ilə sərgidə nümayiş olunan əl işləri dəyərləndirilib və qaliblər seçilib.
Tədbirdə qeyd olundu ki, yaradıcı şəxslərin iştirakı ilə təşkil olunan bu kimi tədbirlər davamlı olacaq.
Seçilən kreativ əl işlərinin müəllifləri, qaliblər mükafatlandırılıb və Fəxri fərmanlarla təltif olunublar. Müsabiqənin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.
Layihənin rəhbəri və kuratoru muzeyin əməkdaşı Aynur Babayevadır.
2 iyul 2026-cı il saat 10:00-da Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş «Bakı. 1926: Dil, Fikir, Birlik» sərgisinin açılışı keçiriləcək. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.