Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında vaxtilə AMEA Memarlıq və İncəsənət instiututunun professoru olmuş Qəzənfər Əlizadənin Azərbaycanın bir çox dilbər guşələrini əks etdirən rəsm əsərləri mühafizə olunur. Bu nümunələrdən görkəmli memar-rəssamın Şuşa şəhərinə həsr olunmuş “Gövhər ağa məscidinin qoşa minarəsi” və “İbrahim Xəlil xanın qalası” adlı əsərlərini xüsusi vurğulamaq olar. Muzeyin Təsviri Materiallar fondunda qorunan həmin əsərlər müəllif tərəfindən təxminən 1950-ci illərdə çəkilmişdir.
Geniş yaradıcılığa malik memar-rəssam Q.Əlizadə şəhər memarlığına da öz töhfələrini vermiş, onun layihələri əsasında 1958-ci ildə Azərbaycan Dövlət Milli Dram Teatrının binası, 1960-cı ildə isə "Azərbaycanfilm" kinostudiyasının əsas binası inşa edilmişdir.
Təqdim olunmuş dəyərli təsviri sənət nümunələri Şuşa memarlıq abidələri və incəsənətinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.