Muzeyin Etnoqrafiya fondunda bir sıra mücrü nümunələri qorunub saxlanılır. Mücrülər məişətdə ətriyyat, kosmetika, kiçik aksesuarların saxlanması üçün istifadə edilirdi. Adətən ağac, metal materialdan hazırlanır, müxtəlif metodlarla bəzədilirdi. Məişət əşyalarının ən kiçik nümunələri belə xüsusi zövq, böyük əmək hesabına hazırlandığı kimi, bu əşyaların saxlanması üçün istifadə edilən mücrülər də yüksək peşəkarlıq və zəngin bədii tərtibata malik olurdu.
Azərbaycanın mədəniyyət beşiyi Şuşaya məxsus olan bu mücrü, diqqəti cəlb edən nümunələrdəndir. XIX əsrə aid unikal nümunə qırmızı mahud parça ilə örtülmüşdür. Burada muncuq tikmə ilə bərabər, güləbətin tikmədən də istifadə edilimiş və əsrarəngiz kompozisiya yaradılmışdır.
Dekorativ-tətbiqi incəsənətin demək olar ki, bütün növlərində ən qədim və çox sevilən naxış motivlərindən biri də qoşa quş təsviridir. Belə ki, burada quşlar qoşa (üz- üzə) duran sevgililər və yaxud əks istiqamətdə (yar-yardan küsdü) təsvir edilir. Bu motivlər xalq sənətkarlığında sevgililərin birləşməsi və hicran rəmzi kimi göstərilir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.