Məlum olduğu kimi, bu gün Almaniyanın 22 iyun 1941-ci il tarixində SSSR-yə hücüm etdiyi gündür.
Azərbaycanın 1941-1945-ci illər savaşında faşizm üzərində qələbənin əldə edilməsi üçün ön və arxa cəbhələrdə verdiyi misilsiz töhfələrdən saysız-hesabsız elmi, publisistik, bədii əsərlər yazılmışdır. Milli Azərbaycan Tarixi Muzeyi də xalqımızın tarixinin bu şanlı səhifəsinin yaddaşlarda həkk edilməsini vətənpərvərlik borcu sayaraq, həmin dövrə aid xeyli dəyərli material toplamışdır. Bu tarixi hadisə ilə bağlı olaraq, muzeyin kolleksiyasından Böyük Vətən Müharibəsinə dair iki nümunəni təqdim edirik.
Onlardan biri “Qırmızıbayraqlı 416-cı Taqanroq atıcı diviziyası” adlı topludur. Bu toplu 1944-cü ildə “Azərnəşr”də (rus dilində) işıq üzü görmüşdür. Topluda mühüm hökumət qərarları, o cümlədən diviziyaya “Qırmızı Bayraq” ordeninin verilməsi haqqında fərman, diviziyanın döyüş uğurları, əsgər və zabitlərinin şücaətinə dair mətbuatda yer almış yazılar daxil edilmişdir.
Digər dəyərli nümunə isə musiqi əsərləri məcmusudur. Azərbaycanın incəsənət xadimləri, yazıçı və musiqiçiləri əsgərləri mənəvi cəhətdən ruhlandırmaq üçün dəyərli əsərlər yaratmışlar. 1943-cü ildə Azərbaycan Dövlət Musiqi Nəşriyatında tərtib edilən “Zəfər bizimdir” musiqi əsərləri məcmusunda Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Soltan Hacıbəyov, Şəfiqə Axundova və Ağabacı Rzayevanın Süleyman Rüstəm, Məmməd Rəhim, Əhməd Cəmil, Abdulla Şaiqin sözlərinə bəstələdiyi “Yaxşı yol”, “İrəli”, “Oktyabr”, “Zəfər bizimdir”, “Vətən mahnısı” əsərlərinin not yazıları və mətnləri yer almışdır.
Təqdim olunan materiallar muzeyin Sənədli Mənbələr fondunda mühafizə olunur.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Azərbaycan II Dünya müharibəsi illərində” adlı kataloqu 2015-ci ildə işıq üzü görmüşdür.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.