Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası Azərbaycanın təhsil tarixini əks etdirən dəyərli nümunələrlə zəngindir. Bunlardan biri də Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, görkəmli maarifçi, pedaqoq, publisist Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyova məxsusdur.
Səfərəli bəy Vəlibəyov 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, XIX əsr Azərbaycan pedaqoji tarixinin simalarından biridir. Səfərəli bəy Vəlibəyov Zaqafqaziya (Qori) müəllimlər seminariyasını bitirən ilk üç Azərbaycanlıdan biri olmuş, ömrünün 16 ilini pedaqoji işə sərf etmişdir. Bu müddət ərzində Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov kimi görkəmli şəxsiyyətlər ibtidai təhsillərini Səfərəli bəy Vəlibəyovdan almışdır. S.Vəlibəyov 31 avqust 1902-ci il tarixində Şuşa şəhərində vəfat etmişdir.
Təqdim olunan gümüş qələm Səfərəli bəy Vəlibəyova məxsus olmuş və 1971-ci ildə nəvəsi Validə Ələsgər bəy qızı Bəylərbəyova (Ələsgər bəy Rəhim bəy oğlu Bəylərbəyovun və Sürəyya xanım Səfərəli bəy qızı Vəlibəyovun qızı) tərəfindən muzeyə təhvil verilmişdir. Qələmin üzəri palıd budağı və qozalarla bəzədilmiş, “Səfərəli” və “1893” sözləri yazılmışdır. Hazırda qələm muzeyin Xüsusi fondunda qorunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.