Milli Azərbaycan Tarixi Muzeyinin zəngin etnoqrafik kolleksiyasına daxil olan geyim nümunələri içərisində özünəməxsus yer tutan və vaxtilə Şuşa şəhərində toxunmuş əsrarəngiz tikmə əsərini təqdim edirik.
Nənələrimizin sandıqlarından heç vaxt əskik olmayan corablar hər zaman yüksək bədii tərtibat, səbr və incə zövqlə toxunurdu. Digər geyim nümunələri kimi corabların da xüsusi naxışlanmasına, rəngarəng iplərlə toxunmasına böyük önəm verilirdi. Corablar həm istilik mənbəyi, abır-həya rəmzi, həm də qadınlarımızın hər zaman sevə-sevə ərsəyə gətirdikləri sənət nümunələri olmuşlar. İstər yun, istərsə də ipək corabların bəzək elementlərini yaratmaqda yerli xalça ornamentlərindən istifadə olunurdu.
Təsadüfi deyil ki, Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda mühafizə edilən 100-dən çox corab nümunəsi göz oxşayan naxışlarla insanı valeh edir. Təqdim olunan corablar fondda mühafizə edilən yeganə muncuq tikməli nümunədir. XX əsrin əvvəllərində Şuşa şəhərində toxunan tikmə əsəri başdan-başa xalça naxışları ilə bəzədilmişdir. Corabın daban və uc hissəsinə qondarma üsulu ilə bəzək vuraraq estetik baxımlılığı, cazibədarlığı yüksək səviyyəyə çatdırmışlar. Zövqlə toxunan belə corablar uzunboğaz olardı və tamamən naxışlarla bəzədilərdi. Yalnız toy günü geyinilən bu tərz corablar uzun müddət yadigar kimi saxlanardı.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.