AMEA Milli Azərbaycan Tarixi Muzeyində 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunmuş "Şuşa qalasının açarı" adlı növbəti xeyriyyə tədbiri - ustad dərsi keçirilib. Tədbirdə Vətən müharibəsi şəhid ailələrinin üzvləri, övladları və qazilər iştirak edib.
Dərsdə tədbirin təşkilatçıları Qarabağ xanlığı və xanlığa aid olan Muzeydə qorunan eksponatlar, Şuşa şəhərinin tarixi, Şuşa qalasının açarları haqqında məlumat verib, uşaqlara Şuşa qalasının açarı formasında əlfəcin düzəldilmə qaydasını öyrədiblər.
Sonra şəhid övladlarına muzeyin hədiyyələri və yazıçı-rəssam Lalə Umud Bağırovanın kitabları təqdim olunub.
Sonda Qənirə Qafarlı layihənin iştirakçıları üçün muzeyə ekskursiya təşkil etmişdir.
Ustad dərsinin iştirakçıları hazırladıqları nümunələri özləri ilə aparıblar.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.