30 iyun 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Qafqaz üzrə Amerika Tədqiqat İnstitutunun (CQATİ/ ARISC) təqaüdçüləri üçün “Qafqazın mirvarisi Azərbaycan” adlı mühazirə keçirilib.
Tədbirdə CQATİ-nin Azərbaycan bölməsinin direktoru Leyla Rüstəmli, CQATİ-nin təqaüdçüləri – Sauk Valley Komyuniti Kollecinin (Sauk Valley Community College) professoru PhD. Paul R. Edleman, Denver Metropolitan Dövlət Universitetinin (Metropolitan State University of Denver) dosenti, PhD Summer Trentin, Villameyt Universitetinin (Willamette University) tələbəsi Sogna Hutchison ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova və həmin universitetin müəllim heyəti- Şəfa Salmanova, Tərlan Rəsulov iştirak ediblər.
Muzeyin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova mövzu ilə bağlı geniş təqdimatla çıxış edərək, dinləyicilərə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti haqqında ətraflı məlumat vermişdir.
Mühazirə iştirakçıların suallarının cavablandırılması və bir sıra məsələlərin müzakirələri ilə davam edib.
Sonda qonaqlar muzeyin əməkdaşı Sara Əhmədovanın müşayiəti ilə H.Z.Tağıyevin ev- muzeyini, “Silahların mistik gözəlliyi” və Qarabağ, Şuşa şəhərinin tarixinə dair eksponatların nümayiş olunduğu sərgiləri ziyarət ediblər.