Bildiyimiz kimi, Milli Azərbaycan Tarixi Muzeyində Qarabağ, xüsusilə Şuşa şəhərinin tarixinə dair eksponatlar nümayiş olunur. Sərgidə nümayiş edilən nadir sikkələrdən biri 1,18 qram çəkili, Son Elxani hökmdarı Ənuşirvanın dövrünə aid gümüş dirhəmdir. Üst tərəfində “yeddi yüz əllinci ildə Qarabağda zərb edilib” sözləri yazılıb. Arxa tərəfində, mərkəzdə “Allahdan başqa ilah yoxdur, Muhəmməd onun elçisidir”, ətrafında isə “Əbubəkr, Ömər, Osman, Əli” sözləri qeyd olunub.
Ənuşirvan dövründə yerli sənətkarların əməyi ilə zərb edilən bu gümüş dirhəmə “Qarabağ” sözü ilə inzibati ərazi adı həkk edilib. Məhz bu sikkə XIV əsrin yarısında Qarabağ ərazisinin zəngin metal yataqları və əlverişli coğrafi mövqeyinin zərbxana fəaliyyəti üçün münasib olduğunu deməyə əsas verir.
Sərgidə nümayiş edilən Qarabağ gümüş dirhəminə əsasən Elxani hökmdarı Ənuşirvanın titulu – sultan idi. Bu sikkəyə həm də xoşniyyətli ifadələr - “Hakimiyyəti davamlı olsun!” sözləri həkk edilib.
Müvafiq dövrün siyasi və iqtisadi problemləri ilə əlaqədar belə dirhəmlər aşağı çəki ilə zərb edilmişdir. Dövrün pul təsərrüfatında digər sikkələrlə (Cuçilər, Cəlairilər) birgə aşkarlanan və istifadə edilən bu gümüş dirhəm Azərbaycanın dövlətçilik rəmzləri sırasında başlıca faktlardan biridir. Belə sikkələr həm tək sayda, həm də sikkə dəfinələri şəklində Abşeron, Bərdə, Tovuz, Şamaxı, Beyləqan rayonlarında tapılıb.
Muzeyin Numizmatika fondunda mühafizə edilən dirhəm hazırda qeyd olunan sərgidə ziyarətçilər üçün nümayiş olunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.