Tibb xidməti leytenantı Turqut Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur şəhərində anadan olub. 2010-2016- cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də başlan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub, II Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhid T.Xəlilbəyliyə məxsus təqdim olunan hərbi səhra forması (kitel, hərbi mərasim şalvarı, ağ rəngdə hərbi mərasim köynəyi, qalstuk, zeytun rəngli qış papağı, ağ rəngli mərasim əlcəyi, furajka, şinel, hərbi çəkmə və iki ədəd fotoşəkli (səhra geyimində və həkim xalatında)) muzeyin Vətən Müharibəsi fondunda mühafizə olunur.
Qeyd edək ki, 2021-ci ilin may –oktyabr aylarında muzeydə keçirilmiş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə T.Xəlilbəyliyə məxsus materialların bir hissəsi nümayiş etdirilmişdir.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.