Vətəninin Hindistan olduğu hesab edilən qəlyanlar uzun müddət Azərbaycanda, xüsusilə kübar ailələrdə əvəzedilməz aksesusarlardan biri idi. Qəlyandan kişilərlə bərabər zəngin ailələrin qadınları da istifadə edirdilər. Etnoqrafiya fondunda bir sıra qəlyan hissələri (küp, çubuq, odluq, maşa) qorunub saxlanılır. Qəlyan çəkmək dəbli hesab edildiyi üçün bu əşyanın xüsusi zövqlə hazırlanmasına önəm verilirdi.
Muzeyin Etnoqrafiya fondunda mühafizə edilən bu qəlyan çubuğu da deyilənə bariz nümunədir. Sözügedən qəlyan çubuğu Gəncə xanı Cavad xana (1786-1804) məxsus olub və başdan-başa muncuq tikmə ilə işlənmişdir. Çubuq xüsusi sifarişlə Şamaxı sənətkarları tərəfindən hazırlanıb. Üzərində müxtəlif rəngli muncuqlarla həndəsi zolaqlar, buta təsvirləri işlənmişdir. Mərkəzində isə xanın mərhum oğlanlarının təsvirləri də salınmışdır. Fərqli rəngli muncuqlardan istifadə çubuğa xüsusi estetik görünüş bəxş etmişdir.
Fondun muncuq tikmə kolleksiyasını zənginləşdirən çubuq 1941-ci ildə Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.