Qəsəbov İsmayıl Nəbi oğlu 6 iyul 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının baş çavuşu olan İ.Qəsəbov 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Şəhid Qəsəbov İsmayıla məxsus təqdim olunan hərbi mərasim geyimi (zeytun rəngli hərbi mərasim qış paltosu, hərbi mərasim plaşı, şalvarı, kiteli, köynəyi, kəməri, qara rəngli qalstuk ,isimlik və hərbi geyimdə fotosu) muzeyin Vətən Müharibəsi fondunda mühafizə olunur.
Qeyd edək ki, 2021-ci ilin may –oktyabr aylarında muzeydə keçirilmiş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə Q.İsmayıla məxsus materialların bir hissəsi nümayiş etdirilmişdir.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
(24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.