14 iyul 1969-cu il tarixində Ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməyə başladı. Nəticədə Heydər Əliyevin Azərbaycana KP MK-nın birinci katibi kimi rəhbərlik etdiyi 1969-1982-ci illər respublika tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Ulu öndər Heydər Əliyev xalqın əsrlərboyu yaratdığı mənəvi sərvətin, mədəniyyət dəyərlərinin toplanılması, qorunması və daha da zənginləşdirilməsi üçün də çox mühüm qərarlar qəbul etmişdir.
Qeyd edək ki, Sovet İttifaqının Kommunist Partiyasının Büro üzvlüyünə namizəd, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinın birinci katibi Heydər Əliyevin 1976-cı ildə Bakı şəhərində keçirilmiş iməclikdə iştirakı əks olunan fotoneqativ Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ Materialları fondunda qorunur (Muzeyə təhvil verilmə tarixi 1977 ci il).
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.