XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
18 İyul, 2022
Azərbaycan heykəltaraşı Tokay Məmmədov- 95

Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olmuşdur. Atası Həbib Qurban oğlu Məmmədov texniki elmlər doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltəraşı olub. İlk təhsilini anasından alıb. 1945-ci ildə Tokay Məmmədov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirərək, Leninqrad şəhərinə gedir və İ.Y.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olur. Burada oxuduğu illər ərzində o, görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alır, heykəltəraşlıq sahəsində kamil ustalıq vərdişlərinə yiyələnir.

Milli Azərbaycan Tarixi Muzeyinin çoxşaxəli zəngin koleksiyasında Azərbaycanın xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, SSRİ, sonra isə Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü heykəltaraş Tokay Məmmədova həsr olunmuş nəşrlər yer alır. 1972-ci ildə Moskvada “Советский художник” nəşriyyatında “Tokay Məmmədov” kitabı işıq üzü görmüşdür. Kitabın müqəddiməsində tanınmış azərbaycanlı sənətşünas Cəmilə Novruzova ədəbi dildə görkəmli heykəltaraşın o dövrdəki yaradıcılığının geniş icmalını vermiş, ayrı-arı sənət işlərini əsaslı təhlil etmişdir. Muzeyin Sənədli Mənbələr fondunda qorunan nəfis nəşr illüstrasiyalarla zəngindir.

Həmçinin kolleksiyada saxlanılan “Tokay Məmmədov” bukletləri də sözü gedən nəşriyyatda 1965-ci ildə ingilis, fransız və ərəb dillərində nəşr edilmişdir.