Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan Qarabağın maddi mədəniyyət nümunələri içərisində Şuşa xalçalarının özünəməxsus yeri var. Təqdim olunan “Nəlbəkigül” adlı xalça XX əsrin əvvəlində toxunmuş, ərişi, arğacı və xovu yundur. Süni və təbii rəngli saplarla toxunmuş bu xalça yelən və ara sahədən ibarətdir. Ara sahənin yerliyi tünd göy rəngdə olan xalçaya üfüqi istiqamətdə cərgələrdə müxtəlif rəngli yarpaqlı qızılgül təsvirləri toxunub. Yelən haşiyədəki nəbati təsvirlər stilizə olunmuş və spiralvarı budaqların əhatəsində təsvir olunmuşdur.
Qarabağ xalçalarına məxsus gözəlliyi, sadəliyi özündə təcəssüm etdirən, Şuşa qrupuna aid “Nəlbəkigül” xalçası muzeyin Etnoqrafiya fondunda qorunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.