Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Ağqoyunlu hökmdarı Xəlilxanın adından zərb edilmiş nadir mis fels (1,5 q çəkili) qorunur.
Xəlilxan çox qısa müddətdə 1478-ci ildə bir neçə ay hakimiyyətdə olmuşdur. Məhz bu səbəbdən də həmin hökmdarın dövründən müasir dövrümüzədək gəlib çatmış sikkələr nadir hesab edilir.
Felsin üst tərəfinə ərəbcə “əl-sultan Xəlil xan”, digər tərəfində isə sola istiqamətlənən pələng və balasının təsviri, üzərində ərəbcə: “Ərzincan” sözü həkk edilib. Bu qiymətli numizmatik fakt XV əsrin sonunda Azərbaycanın pul dövriyyəsini, xüsusilə Türkiyə ilə ticarət əlaqələrini təsdiq edir. Həmçinin Sultan Xəlil dövründə gümüş sikkələr – təngə və onun fraksiyaları (1/3, 1/4) zərb edilmişdir.
Sikkə 14 dekabr 2015-ci ildə Bakı sakini Fuad Əbdülrəhimzadə tərəfindən muzeyə təhvil vermişdir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.