Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının "Nadir kitablar" fondunda tarixin müxtəlf dövrlərini əhatə edən dəyərli nümunələr mühafizə olunur.
Təqdim olunan "Misirlilər, karfagenlilər, assuriyalılar, babillilər, midiyalılar, farslar, makedoniyalılar və yunanlar haqqında qədim hekayə” (Sankt-Peterburq: İmperator Elmlər Akademiyası. 1749).- 342 səh. (“Древняя история об египтянах, о карфагенянах, об ассирианах, о вавилонянах, о мидянах, персах о македонянах и о греках” (СПб: При Императорской Академии Наук. 1749.- 342 стр.)) adlı nadir nüsxənin müəllifi olan fransız yazıçı Şarl Rollen kitabda oxuculara sözügedən xalqların qədim tarixini, onların ictimai-iqtisadi vəziyyətini, Misir fironlarının yürüşləri və qədim Misir cəmiyyətinin etnoqrafik təsvirini, Karfagenin Roma ilə müharəbələrini geniş şəkildə təqdim edir.
Kitab 1749-cu ildə Sankt- Peterburqda nəşr olunmuş, sonradan fransız dilindən rus yazıçı V.Trediakovski tərəfindən rus dilinə tərcümə olunmuşdur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.