Qafqazın ən qədim toxuculuq mərkəzlərindən biri kimi tanınan Azərbaycan orta əsrlərdə Şuşada, Naxçıvanda, Şəkidə, Şamaxıda istehsal olunan pambıq, yun və ipək parçaları ilə ölkə hüdudlarından kənarda da tanınırdı. Həmin dövrdə Azərbaycanda geyimlərin hazırlanmasında istehsal edilən zərbaf, atlas, tafta, qanovuz, məxmər, darayı, mahud, kəşmir, tirmə və s. parçalardan, həmçinin bəzək elementi olan baftadan geniş istifadə olunurdu.
XIX əsrin sonu ‒ XX əsrin əvvəlinə aid zərbafta tətbiq olunmuş təqdim olunan qadın kəməri 1986-cı ildə Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. Gümüşdən olan bu kəmər Qarabağda istehsal olunub. Kəmər dəri qayışın üstünə tikilmiş, zərbaftaya bərkidilmiş iki hissə toqqadan ibarətdir. Zərbaftanın üzərində yeddi ədəd altıləçəkli gül formalı bəzək, on iki ədəd “əqrəbi” və on iki ədəd kiçik “qübbə” bərkidilib. Toqqa yar-yardan küsdü formasındadır, bütün səthi nəbati naxışlı, qazıma və qarasavat üsulu ilə işlənmişdir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.