XƏBƏRLƏR
19 Sentyabr, 2022
Görkəmli Azərbaycan şərqşünası, professor Aida İmanquliyevanın vəfatından 30 il ötür
Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyeva 10 oktyabr 1939-cu il tarixində Bakı şəhərində, ziyalı ailəsində dünyaya gəlib. Aida İmanquliyeva Bakı şəhəri 132 saylı orta məktəbdə, 1957–1962-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili şöbəsində təhsil almışdır. 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir.
1962-ci ildən Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda çalışan Aida xanım 1976-1988-ci illərdə Ərəb filologiyası şöbəsinə rəhbərlik etmiş, istedadı, zəhmətsevərliyi sayəsində elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlmişdir. 1991-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə professor adına layiq görülmüşdür. Həmçinin, Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və onun Azərbaycan bölməsinin sədr müavini olmuşdur.
Aida İmanquliyeva 19 sentyabr 1992-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda qorunan, görkəmli şəxsiyyət Aida İmanquliyevanın anadan olmasının 70 və 75 illiyinə həsr olunmuş mühüm elmi tədbirlərə dair materialları və alimin şəxsi əşyalarını təqdim edirik.
Fondda, həmçinin 2014-cü ildə AMEA Rəyasət Heyəti və Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən Aida İmanquliyevanın anadan olmasının 75 illiyi münasibətilə keçirilmiş “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik” Beynəlxalq konfransının proqramı və dəvətnaməsi də yer alır. Tanınmış ziyalı, professor Aida İmanquliyevanın həyat və yaradıcılığına dair dəyərli materiallar muzeyin digər fondlarında da mühafizə olunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Muzeydə 2022-ci il sentyabr döyüşlərinə aid materiallar qorunur
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Bazar şəhər-zərbxanasının nadir sikkələri
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Əlişir Nəvaiyə həsr olunmuş filateliya materiallarını təqdim edirik
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.
Muzeyin kolleksiyasından dahi şair Məhəmməd Füzuliyə həsr olunmuş medalı təqdim edirik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulini...
Muzeyin etnoqrafik kolleksiyasından təqdim etdiyimiz corab öz orijinal formasında bərpa olunmuşdur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin etnoqrafik kolleksiyasına daxil olan geyim nümunələri içərisində özünəməxsus yer tutan, yüksək bədii tərtibat...
Qafqaz Albaniyasının sənətkarlığını və beynəlxalq ticarət əlaqələrini əks etdirən eksponatlar muzeyin yeni ekspozisiyasında
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının müxtəlif mövzulara həsr olunmuş vitrinlərində maddi nümunələr, arxeoloji tapıntılar ye...
Muzeyin zəngin kolleksiyasından “Heyratı” naxışlı kəlağayını təqdim edirik
Azərbaycan qadınlarının milli geyim kompleksinin mühüm elementini baş geyimləri təşkil edir. Baş geyimləri arasından kəlağayını xüsusilə qeyd edə bil...