Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda zəngin milli geyim kolleksiyası mühafizə olunur. Bu geyimlərə üst (köynək, arxalıq, nimtənə, ləbbadə, kürdü, eşmək, zıbını, küləcə), alt (tuman, çaxçur, darbalaq, cütbalaq, şalvar), o cümlədən ayaq və baş geyimləri və geyim aksesuarları daxildir.
Hər bir geyim nümunəsi mənsub olduğu dövrün və bölgənin ənənələrini və tarixini yaşadır. Bu baxımdan milli geyimlərimizin daima öyrənilməsi, onların düzgün şəkildə təqdim edilməsi tariximizin saxtalaşdırılmasının qarşısını alır və milli kimliyimizin qorunub saxlanılmasına yardım edir. Təqdim etdiyimiz nümunə- eşmək XIX əsrə aid olan milli qadın üst geyimidir. Əsasən Şəki - Zaqatala bölgəsi üçün xarakterik olan eşməklər, adətən, məxmər və ya tirmə parçalardan hazırlanırdı. Qış geyimləri olan eşmək və kürdüləri qadınlar arxalıqların üzərindən geyinirdilər. Xəzdən hazırlanan eşməklərin ətəyinə, qollarına və yaxasına da xəz tutulurdu. Bu da geyimə xüsusi əzəmət bəxş edir. Adətən, eşməklərin kənarlarındakı xəz baftalarla bəzədilirdi. Bu nümunəyə tikilən şahpəsənd geyimin görünüşünü nəfis şəkildə tamamlayır.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.