Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında Azərbaycan xalqının zəngin maddi və mənəvi mədəniyyətini, qədim tarixini özündə əks etdirən xeyli sayda tapıntı mövcuddur. Onların arasında forma və məzmun baxımdan diqqət cəlb edən nümunələr də yer alıb. Belə nümunələrdən biri də Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisində təsadüf nəticəsində tapılmış və 2022-ci ildə kənd sakini Zaur Nəcəfov tərəfindən muzeyə hədiyyə edilmiş zoomorf fitdir.
Gildən hazırlanmış fitin səthi saya, gövdəsi quş formalı və içərisi boşdur. Baş hissəsi uzunsov çıxıntı şəklindədir, yuxarısında isə iki dairəvi dəlik açılıb. Quyruğunun sonluğunda ensiz, altında isə iri dəlik var. Quyruğun sonluğu bir qədər əzildiyindən fit natamam vəziyyətə düşmüşdür. Bu təsadüfi tapıntının dövrünə gəldikdə, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadə fitin orta əsrlərdə hazırlanması ehtimalını irəli sürmüşdür. Belə ki, muzeyin arxeoloji koleksiyasında daimi mühahafizə olunan oxşar fit nümunələrindən olan Kürdəmir tapıntısı Azərbaycanın orta əsrlər dövr dulusçuluğu və maddi mədəniyyəti ilə bağlı mövcud təsəvvürləri bir qədər də dərinləşdirir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.