Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda 1991-ci ildə Salyan rayonunun Qırxçıraq kəndində aşkarlanmış gümüş sikkələrdən ibarət dəfinə qorunur.
Dəfinə muzeyə Salyan rayonunun Parça-Xələc kəndinin sakini Əsgərov Əlimərdan Qismət oğlu tərəfindən təhvil verilmişdir. Dəfinə şirvanşah II Şeyx İbrahim ibn Fərrux Yəssarın (908 – 930 = 1502 - 1524) hakimiyyəti dövründə Şamaxı zərbxanasında (hicri 914 – 930 = 1508 – 1524-cü illərdə) zərb edilmiş gümüş ağçalardan ibarətdir. Gümüş ağçalara zərb yeri, zərb tarixindən əlavə hökmdarın adı və titulları (şeyx, ədalətli sultan) həkk edilib.
Numizmatik tədqiqatlara əsasən II Şeyx İbrahim ibn Fərrux Yəssarın hakimiyyəti dövründə Şamaxıda fərqli tiplərdə gümüş ağçalar zərb edilib. Onun hakimiyyətinin ilk illərində belə sikkələrin çəkisi 1,58 q olsa da, hakimiyyətinin sonuna doğru isə çəki 0,7 qramadək enmişdir. Qırxçıraq sikkə dəfinəsi XVI əsrin I rübündə Azərbaycanın sosial-ictimai və iqtisadi vəziyyəti barədə məlumat toplamağa yardım edən dəyərli faktiki tapıntıdır.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.