Gəncə qapısı- Şuşa qalasının üç əsas qapısından biridir, qalanın şimal tərəfində yerləşir. Qarabağ xanı Pənahəli xanın hakimiyyəti dövründə inşa edilmiş qapı XVIII əsrdən etibarən Gəncə və ya Çiləbörd qapısı adlandırılıb. Şuşa qalasının bu qapısı Şuşanı Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi. Şuşa qalasnın digər iki qapısı isə İrəvan və Ağoğlan qapılarıdır. Qalanın digər qapıları ilə müqayisədə Gəncə qapısı dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdə çatmışdır. Şahmatvari- ağ və qara daşlardan toxunmuş hörgü, qalanın dərin oxvarı tağlı girişini effektiv şəkildə əhatə edir. Həmin dövrdə bu kimi tikililər zamanı əsasən çay daşı, yumurta sarısı, əhəng məhlulundan istifadə olunurdu.
Təqdim etdiyimiz Gəncə qapısının fotoneqativi Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ Materialları fondunda qorunur (muzeyə təhvil verilmə tarixi:1954 il).
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.