Bu gün xalq artisti Tofiq Quliyevin anadan olmasından 105 il ötür. Azərbaycan musiqi sahəsində xüsusi xidmətləri olan şəxsiyyətlər sırasında pianoçu, bəstəkar, dirijor, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun nikbin mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından kənarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.
Bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan SSR xalq arstisti Azərbaycan caz və estrada musiqisinin banisi Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub. Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S.Aysberqin sinfində fortepiano, həm də S.Q.Ştasserin sinfində dirijorluq dərsləri alıb və 1936-cı ildə Konservatotriyanı bitirib. 1969-1979-cu illər ərzində Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib.
Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi materiallar fondunda görkəmli bəstəkar Tofiq Quliyevə aid fotoşəkil qorunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.