Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda mühafizə olunan tapıntıların bir hissəsini bədii metal nümunələri təşkil edir. Bu nümunələr arasında Mollaisaqlı kolleksiyasından olan, 2002-ci ildə təsərrüfat işləri zamanı təsadüfən tapılmış və elə həmin il muzeyə təhvil verilmiş 3 ədəd tunc boyunbağını təqdim edirik. Tunc boyunbağılar tökmə, döymə və əymə üsulları ilə hazırlanmışdır. En kəsiyi dairəvi olan boyunbağıların səthi saya, sonluqları qatlanmışdır. Bədii metalişləmə nümunəsinin böyük zövqlə hazırlanması Şirvan sənətkarlarının yüksək peşəkarlığından da xəbər verir.
Mütəxəssislər tərəfindən sözügüdən eksponatın dövrü antik dövrə- e.ə. IV - b.e. I əsrlərinə aid edilir.
Bu maddi mədəniyyət nümunəsindən antik dövrdə Qafqaz Albaniyasında metalişləmənin inkişaf səviyyəsini öyrənmək üçün əşyavi mənbə kimi istifadə oluna bilər.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.