1988-ci il fevralın 19-da Qarabağda erməni millətçilərinin separatçı çıxışlarına qarşı Bakıda tələbələrin ilk etiraz mitinqi oldu. Sonrakı aylarda etiraz çıxışlarının miqyası genişləndi, xalq hərəkatı daha kütləvi xarakter aldı.
1988-ci ilin noyabrında Qarabağda Topxana meşəsinin qırılmasına etiraz edən xalq Azadlıq meydanına toplandı. Noyabrın 17-dən etiraz çıxışı fasiləsiz mitinq və nümayişə çevrildi. Meydan hərəkatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Qarabağda Anti-Azərbaycan siyasəti yeridən qurumun ləğv olunması, Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi tələbləri irəli sürüldü. Hətta ilk dəfə “suverenlik”, “azadlıq” şüarları səsləndirildi. Mitinqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı.
Sovet rəhbərliyi xalq hərəkatını boğmaq üçün Bakı, Gəncə və Naxçıvanda xüsusi vəziyyət və komendant saatı tətbiq etdi. Bakının mərkəzi meydanına (indiki Azadlıq meydanı) ordu hissələri yeridildi. Meydan zor gücünə boşaldıldı.
Milli-azadlıq mübarizəmizin tarixinə “meydan hərəkatı” adı ilə daxil olan bu mühüm hadisə şərəfinə hər il noyabrın 17-si ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd edilir.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan, qururverici tarixi hadisəni əks etdirən fotoşəkilləri təqdim edirik.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.